Xilasedicilərimiz daha 11 şəxsin meyitini çıxardıbackend

Xilasedicilərimiz daha 11 şəxsin meyitini çıxardı

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatları zamanı daha 11 şəxsin meyitini çıxarıb.

KONKRET.az xəbər verir ki, FHN-in xilasediciləri tərəfindən şəhərin Pınar məhəlləsindəki binanın dağıntıları altından fevralın 13-də 7, bu gün isə 4 nəfərin meyitini çıxararaq aidiyyəti üzrə təhvil verilib.

Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Qeyd edək ki, Azərbaycanın FHN-in bir qrup əməkdaşı Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatları zamanı 198 saatdan sonra binanın dağıntılar altından 2 nəfəri sağ çıxarıb.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*