Xırdalanda usta faciəvi şəkildə öldübackend

Xırdalanda usta faciəvi şəkildə öldü

Abşeronda usta faciəvi şəkildə ölüb.

KONKRET.az xəbər verir ki, hadisə Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən binaların birində qeydə alınıb.

Zaqatala rayon sakini, 1964-cü il təvəllüdlü İbrahim Həsənov ehtiyatsızlıqdan blokun eyvanında tikinti materialları daşıyarkən yıxılıb. O, aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.//APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*