Xocavənddə mina partladı: Minatəmizləmə əməkdaşı yaralandıbackend

Xocavənddə mina partladı: Minatəmizləmə əməkdaşı yaralandı

Xocavənd rayonunda mina hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.

Bildirilib ki, hadisə avqustun 2-də işğaldan azad edilmiş Xocavənd rayonu ərazisində qeydə alınıb.

Məlumata görə, humanitar minatəmizləmə əməliyyatlarına cəlb olunmuş özəl şirkətlərdən birinin əməkdaşı, 1985-ci il təvəllüdlü Əhəd Əhədov xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə minaya düşüb.

Hadisə nəticəsində o, müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alan şəxs dərhal rayon mərkəzi xəstəxanasına təxliyə edilib. ANAMA-nın məlumatına görə, onun vəziyyəti qənaətbəxşdir və həyatı üçün təhlükə yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*