“Xristianları təhqir etmək istəyirdim” – Moskvada kilsəyə hücum edən TACİK DANIŞDIbackend

“Xristianları təhqir etmək istəyirdim” Moskvada kilsəyə hücum edən TACİK DANIŞDI

Moskvada kilsədə qadına hücum edən və orada şamları söndürən tacikistanlı miqrant bunu xristianları təhqir etmək üçün qəsdən etdiyini etiraf edib.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, yerli məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib.

Məhkəmə iclasında tərcüməçi vasitəsilə danışan 20 yaşlı Əsgər Butaev cəmi 9 illik təhsili olduğunu deyib.

Xatırladaq ki, çərşənbə axşamı o, Moskvanın müqəddəs admiral Feodor Uşakovun məbədində olarkən ruhların dincəlməsi üçün qoyulmuş şamları söndürüb, kilsəni dağıdıb və məkanı tərk edib. Həbs edildikdən sonra o, pravoslav dindarları təhqir etmək istədiyini etiraf edib.

Orxan HƏSƏNLİ,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*