Yağışdan sonra Xırdalanda kanalizasiya xətləri daşdı – VİDEObackend

Yağışdan sonra Xırdalanda kanalizasiya xətləri daşdı - VİDEO

Bu gün bir neçə dəqiqə davam edən yağış Xırdalan şəhərində acınacaqlı vəziyyət yaradıb.

KONKRET.az xəbər verir ki, yağışın yağması ilə şəhərin Həsən Əliyev küçəsindəki kanalizasiya xətləri daşmağa başlayıb.

Nəticədə kanalizasiya suları 120-nin dairəsi adlanan yolu və ətrafını basıb, ərazidə nəqliyyatın hərəkəti çətinləşib.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu bildirib ki, hazırda suyun kənarlaşdırılması istiqamətində işlər görülür:

“İntensiv yağışlar nəticəsində bu gün Abşeron rayonunda bəzi daşıyıcı kollektorlar normadan artıq yüklənib və baxış quyularında dolub-daşma baş verib. Hazırda suyun kənarlaşdırılması istiqamətində gücləndirilmiş iş rejimində çalışırıq. Yaxın saatlarda məsələ tam olaraq həllini tapacaq”.//“Qafqazinfo”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*