“Yalnız bu halda “Türksüz Ermənistan” şüarını başa düşərdim” – Babayan etirazçılara SƏSLƏNDİbackend

"Yalnız bu halda "Türksüz Ermənistan" şüarını başa düşərdim" - Babayan etirazçılara SƏSLƏNDİ

“Ermənistanda həqiqətən türklər və bazaları olsaydı, “Türksüz Ermənistan” şüarını başa düşərdim”.

KONKRET.az xəbər verir ki, bunu İrəvan Dövlət Kukla Teatrının bədii rəhbəri və direktoru Ruben Babayan deyib. O, Ermənistanda hazırda baş verən prosesləri anlamadığını bildirib.

“Türkiyənin 102-ci hərbi bazası Gümrüdə yerləşsəydi, sərhədlərimiz türk sərhədçiləri tərəfindən qorunsaydı, mən “Türksüz Ermənistan” şüarını başa düşərdim.

Əgər qaz təsərrüfatımız tamamilə türklərin əlində olsaydı, başa düşərdim. Atom elektrik stansiyası, eləcə də elektrik enerjisi sənayesi türklərin olsaydı, yenə başa düşərdim. Dəmir yolumuzu türklər idarə etsəydi, bu da anlaşılan olardı.

Əgər Türkiyə türk məktəbləri açmağa məcbur etsəydi və türk dilini də ikinci dil qəbul etdirsəydi, o zaman başa düşərdim ki, “Türksüz Ermənistan” şüarı nə deməkdir”, – Babayan vurğulayıb.

Xuraman Etibarlı,

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*