Yamaykanın Baş naziri İlham Əliyevə məktub yazdıbackend

Yamaykanın Baş naziri İlham Əliyevə məktub yazdı

Yamaykanın Baş naziri Endryu Holness Prezident İlham Əliyevə təbrik ünvanlayıb.

KONKRET.az xəbər verir ki, təbrik məktubunda deyilir:

“Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Yamayka hökuməti və xalqı adından Azərbaycan hökuməti və xalqına səmimi təbriklərimi çatdırıram.

Yamayka əsası 1995-ci ildə qoyulmuş diplomatik münasibətlərimizə böyük önəm verir və qarşıdakı illərdə əməkdaşlığı daha da möhkəmləndirmək niyyətindədir.

Zati-aliləri, xahiş edirəm, Azərbaycan hökumətinə və xalqına davamlı sülh və firavanlıq arzularımı qəbul edin”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*