YAP-ın qurultayından inciyənlər varbackend

YAP-ın qurultayından inciyənlər var

“Yeni Azərbaycan Partiyasının sabah keçiriləcək qurultayı məhdud sayda nümayəndələrin iştirakı ilə baş tutacaq”.

KONKRET.az xəbər verir ki, bu barədə hakim partiyanın İdarə Heyəti üzvlərindən biri söyləyib.

Adının çəkilməsini istəməyən YAP yetkilisinin sözlərinə görə, 5 mart qurultayına hətta bir çox Siyasi Şura üzvləri də çağrılmayıb: “Səbəb pandemiya ilə bağlı karantin qaydalarının gözlənməsidir. Ona görə də bir sıra üzvlərimiz incik düşüblər. Amma onlar bunu nəzərə almalıdır. Qurultaya qatılacaq şəxslərin hamısı “COVID-19″ testindən keçib”.

Həmsöhbətimiz onu da əlavə edib ki, Milli Məclisin YAP-dan olan 30-a yaxın deputatı, həmçinin əksər rayon-şəhər icra hakimiyyətlərinin başçıları da bu ali tədbirə dəvət almayıb.

Qurultayın harada keçirilməsinə gəlincə, araşdırmamız zamanı bəlli oldu ki, tədbir elə hakim partiyanın mərkəzi aparatında baş tutacaq.

Qeyd edək ki, YAP-ın qurultayının olacağı barədə ilk xəbəri Gununsesi.info yayıb. Bununla bağlı xəbərdə o da qeyd olunur ki, qurultayda YAP-ın İdarə Heyəti və Siyasi Şurasında təmsil olunan bir sıra tanınmışlar oradan uzaqlaşdırılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*