YAP-ın Siyasi Şurasından çıxarılan Əli Həsənovdan AÇIQLAMAbackend

YAP-ın Siyasi Şurasından çıxarılan Əli Həsənovdan AÇIQLAMA

“Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü olmamağımdan məyus olsam da, partiyanın qərarına hörmətlə yanaşıram”.

KONKRET.az xəbər verir ki, bu sözləri açıqlamasında Prezidentin keçmiş köməkçisi Əli Həsənov deyib: “Qurultay partiyanın ali orqanıdır. Onun qəbul elədiyi qərar bütün partiya üzvləri üçün məcburi xarakter daşıyır. Ona görə də mən qurultayın qərarına hörmətlə yanaşıram”.

Xatırladaq ki, YAP-ın bu gün keçirilən növbədənkənar qurultayında qəbul olunan qərarlara əsasən Əli Həsənov, AMEA prezidenti Ramiz Mehdiyev və millət vəkili Siyavuş Novruzov partiyanın idarə heyətinin üzvlüyündən çıxarılıb. Yeniavaz.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*