Yaponiya materik Çindəki hədəfləri vura bilən uzaqmənzilli raketlər ALACAQbackend

Yaponiya materik Çindəki hədəfləri vura bilən uzaqmənzilli raketlər ALACAQ

Yaponiya on il ərzində materik Çindəki hədəfləri vura bilən ən azı 1500 uzaqmənzilli raket almaq niyyətindədir.

KONKRET.az xəbər verir ki, bu barədə bazar ertəsi “Sankei” qəzeti Milli Müdafiə Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, Tokio hərbi gəmiləri və sualtı qayıqları təchiz etmək üçün ABŞ-dan “Tomahawk” qanadlı raketləri almağı planlaşdırır. Modifikasiyadan asılı olaraq, onlar 2,5 min km-ə qədər məsafəyə malik olur. Artıq bununla bağlı ABŞ-la danışıqlar aparılır, lakin alınan “Tomaqawk” raketlərinin sayı və onların modelləri barədə hələlik məlumat verilmir.

Eyni zamanda, Yaponiya özünün “Type-12” raketini modifikasiya edir. Onun diapazonu min km-dən çox olacaq. Bu raketlər 2026-cı ildən orduya təhvil veriləcək. Həmçinin onların gəmilər və döyüş təyyarələri üçün versiyalarda kütləvi istehsalı nəzərdə tutulur.

Məlumata görə, hərbi idarə “Type-12″nin hücum imkanlarını artıraraq sualtı qayıqları təchiz etmək üçün istifadə oluna biləcəyini araşdırır.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*