Yaralılar özəl təyyarə ilə Ankaraya aparıldı – FOTObackend

Yaralılar özəl təyyarə ilə Ankaraya aparıldı - FOTO

Türkiyədə zəlzələ zamanı yaralanan 52 nəfər Adanadan Ankaraya aparılıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.

Bildirilib ki, yaralılar Türkiyənin Prezident Administrasiyasına məxsus özəl “TUR” adlı təyyarə ilə paytaxta çatdırılıb.

Təyyarədə yaralılara ilkin tibbi yardım göstərilib. Ankarada isə yaralılar Bilkent və Etlik şəhər xəstəxanalarına yerləşdiriliblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*