Yaralıların sayı 20-yə çatdı – Ermənistan etiraf etməyə DAVAM EDİRbackend

Yaralıların sayı 20-yə çatdı - Ermənistan etiraf etməyə DAVAM EDİR

Azərbaycan Ordusunun sərhədin Tovuz rayonu istiqamətində həyata keçirdiyi cəza tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin daha 10 hərbçisi yaralanıb.

Bu barədə məlumatı “newsarmenia.am” agentliyi yayıb.

Beləliklə, Ermənistan silahlı qüvvələrinin yaralı hərbçilərinin sayı 20-yə çatıb.

Onlardan birinin vəziyyəti çox ağır qiymətləndirilir.

Qeyd edək ki, daha öncə Ermənistan Müdafiə Nazirliyi indiyədək 4 hərbçisini itirdiyini, 10 nəfərin isə yaralandığını açıqlamışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*