Yararsız öskürək siropundan 300-dən çox uşaq öldübackend

Yararsız öskürək siropundan 300-dən çox uşaq öldü

Üç ölkədə 300-ə yaxın insan yararsız öskürək siropundan dünyasını dəyişib. Ölənlərin əksəriyyəti beş yaşınadək uşaqlardır.

KONKRET.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatında deyilib:

“Son dörd ay ərzində ölkələr yüksək səviyyədə dietilen qlikol (DEG) və etilen qlikol (EG) ilə çirklənməsi təsdiqlənmiş və ya şübhəli bilinən uşaqlar üçün reseptsiz öskürək siroplarının satışının bir neçə halı barədə məlumat veriblər”.

Qeyd olunub ki, bu maddələr sənayedə həlledici və antifriz kimi istifadə edilən zəhərli kimyəvi maddələrdir və az miqdarda olsa belə, insanlar üçün ölümcül ola bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*