İranda güclü zəlzələ oldubackend

İranda güclü zəlzələ oldu

Bu gün İranın Kirman əyalətinin Bərdsir şəhəri yaxınlığında 5 bal gücündə zəlzələ baş verib.

KONKRET.az xəbər verir ki, bu barədə Tehran Universitetinin Seysmologiya Mərkəzindən məlumat verilib.

Məlumata görə, səhər saat 11:17-də (Bakı vaxtı ilə 11:47) meydana gələn zəlzələnin episentri 8 kilometr dərinlikdə qeydə alınıb.

Yeraltı təkanlar Kirman, Rəfsəncan və Sircan şəhərlərində də hiss olunub.

Dağıntı və tələfat barədə məlumat verilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*