Yasamalda avtomobil işıqfora çırpıldıbackend

Yasamalda avtomobil işıqfora çırpıldı

Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, qəza Abbas Mirzə Şərifzadə və Heydər Hüseynov küçələrinin kəsişməsində qeydə alınıb.

 

Belə ki, idarəetməni itirən “Ford Fusion” markalı minik avtomobilinin sürücüsü nəqliyyat vasitəsini yol kənarındakı işıqfora çırpıb.

Nəticədə işıqfor sıradan çıxıb, yol təsərrüfatına ziyan dəyib.

Əraziyə polis əməkdaşları cəlb edilib.

Fakt araşdırılır.//APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*