Yaşlı kişini döyən məşhur müğənni HƏBS EDİLDİbackend

Yaşlı kişini döyən məşhur müğənni HƏBS EDİLDİ

Türkiyənin məşhur müğənnisi Halil Sezai tutulub.

KONKRET.az “Hürriyet”ə istinadən xəbər verir ki, Anadolu Ədalət Sarayına polisin müşayiəti və vəkili ilə gələn müğənninin 2 saat ifadəsi alınıb.

Daha sonra o, “silahla qəsdən yaralama” və “silahla hədələmə” maddələri üzrə həbs tələbi ilə məhkəməyə göndərilib. Sezai məhkəmənin qərarı ilə həbs edilib.

Xatırladaq ki, məşhur ifaçı klip çəkmək üçün bağçası qonşu villa ilə ortaq olan villa kirayələyib. Çəkilişə digər villanın sahibi 67 yaşlı Hüseyn Meriç icazə verməyib. Aralarınada gərginlik yaranıb və nəticədə Sezai yaşlı adamı döyüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*