Yavər Camalovun oğlunun namizədliyi ləğv edildibackend

Yavər Camalovun oğlunun namizədliyi ləğv edildi

46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd Camalov Rəşad Yavər oğlunun namizədliyi ləğv edilib.

KONKRET.AZ xəbər verir ki, bu barədə məsələ Mərkəzi Seçki Komissiyasının iclasında müzakirə edilib.

İclasda bildirilib ki, R.Camalovun ikili vətəndaşlığı var.

Müzakirələrdən sonra 46 saylı Şirvan seçki dairəsinin qərarı ləğv edilib.

Qeyd edək ki, namizədliyi ləğv edilən Rəşad Camalov mərhum Müdafiə Sənayesi naziri Yavər Camalovun oğludur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*