backend

"Yaxın gələcəkdə Bakı ilə Tehran arasında müharibə ehtimalı azdır" - Ovannisyan

“Yaxın gələcəkdə Bakı ilə Tehran arasında müharibə ehtimalı minimaldır”.

KONKRET.az xəbər verir ki, bu barədə azərbaycanşünas jurnalist Taron Ovannisyan deyib.

“Son 2-3 ayda İranla Azərbaycan arasında mövcud olan bütün qırmızı xətlərin pozulması nəzərə çarpdı.

Bu, İranın cavabı olmadan qala bilməz. Azərbaycan da öz növbəsində Ermənistan-Azərbaycan münasibətləri məsələsində İranın mövqeyinə cavab olaraq bütün bunlara cavab verməyə çalışır. İran, xüsusən də ərazi sərhədlərinin istənilən dəyişdirilməsinə qarşı olduğunu bəyan edib. Bu fonda Azərbaycanın İsraildə səfirliyini açmaq qərarına gəlməsi təəccüblü deyil”, – Ovannisyan bildirib.

Onun fikrincə, İranın regionda kifayət qədər səbirli siyasəti var, ona görə də onun yaxın gələcəkdə Azərbaycana qarşı hərbi əməliyyatlara başlaması ehtimalı çox azdır.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*