Yaxınları Vətən müharibəsində iştirak edən, şəhid olan məşhurlar – SİYAHIbackend

Yaxınları Vətən müharibəsində iştirak edən, şəhid olan sənət adamları - SİYAHI

Vətən müharibəsində incəsənət adamlarının yaxınları da iştirak edib.

KONKRET.az yaxınları İkinci Qarabağ döyüşlərində iştirak edən və qəhrəmanlıq göstərən, şəhid məşhurların bəzilərini təqdim edir:

Xalq artisti Əli Nurun oğlu, Baş leytenant Rövşən Nurzadə vətən müharibəsində şəhid olub.

Xalq artisti, Milli Konservatoriyanın professoru Mənsum İbrahimovun qardaşı oğlu İsrafil İbrahimov Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olub.

Digər bir xalq artisti- Zabit Nəbizadənin bacısı oğlu Xalid də Vətən müharibəsində şəhid olub.

Müğənni Vüqar Muradov, müğənni Əflatun Qubadovun qardaşı və oğlu Orxan ikinci Qarabağ müharibəsinin iştirakçılarından olublar.

Türkiyədə yaşayan Əməkdar artist Məlahət Abbasovanın qohumu Rövşən də vətən müharibəsində şəhidlik zirvəsinə ucalıb.

Müğənni Manaf Ağayevin qardaşı və bacısı oğlu Vətən müharibəsində gedən döyüşlərdə iştirak edib.

Müğənni Tacir Şahmalıoğlunun oğlu Şahmalı müharibə zamanı Ağdamda xidmət edib.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*