“Yaxşı ki, qarşımızdakı Azərbaycan Ordusu deyil” – Nevzorovdan şok açıqlamabackend

“Yaxşı ki, qarşımızdakı Azərbaycan Ordusu deyil” - Nevzorovdan ŞOK AÇIQLAMA

Son 20 ildə Rusiya raketlərdən, tanklardan, bombalardan, yürüşlərdən, təbliğatdan və öz hərbi gücü ilə öyünməkdən başqa heç nə ilə məşğul olmayıb. Stalin ordusunun kultu yetişdi və özünü təsdiq etdi.

KONKRET.az xəbər verir ki, bunu rusiyalı məşhur teleaparıcı Aleksandr Nevzorov yazıb.

“Ölkədə hər şey müharibə və ya onun aksesuarları üçün işləyirdi. Belə görünürdü ki, Rusiyanın bətnində hansısa mükəmməl döyüş maşını yetişir, hansısa ölkəni, istənilən ordunu bir-iki saata darmadağın edəcək.

Rusiyanın zorakı və ölümcül canavar olması təəssüratı yaradıldı. Tayqadan Britaniya dənizlərinə qədər Putinin ordusu hər kəsdən güclüdür. Maraqlıdır ki, hamı bu nağıla inanırdı. Makronlar, Merkellər və NATO əsməyə başladılar.

Belə bir təəssürat yaratmaq mümkün oldu ki, dünyanın mövcudluğu ABŞ, Almaniya, İtaliya və başqa dövlətlərə hələlik dözən Rusiyadan asılıdır.

Amma həqiqət anı gəlib çatdı. Puldan və silahdan şişən canavar, demək olar ki, silahsız, yoxsul, kiçik Ukrayna ilə döyüşdə üz-üzə gəldi. Bəli, NATO-nun xeyirxahları Ukraynaya xırda şeylər atdılar, amma verilənlər bütün döyüş qabiliyyətinin 1-2%-ni təşkil edirdi və silahların 98%-i hələ də Sovet dövründən qalıb, yüz dəfə lehimlənib, üç yüz dəfə yenidən rənglənib. Hücumun nəticəsi bir neçə saatdan sonra müəyyən edilməli idi. Amma inanılmaz şey baş verdi. Səma boyda olan cəhənnəm zəbanisi cücə-illüziyaçıya çevrildi. Cadu pozuldu. İmperiya gücünün saxta olduğu üzə çıxdı. Zəfər baş tutmadı. İndi ciddi itkilər verən Putin ordusu hər yerdə ukraynalıların qəhrəmanlığı ilə üz-üzə gəlir.

Gördüklərimin Birinci Çeçen müharibəsindəki rus ordusundan heç bir fərqi yoxdur. Eyni komandanlıq, eyni xaos, eyni çağırışçılar. Birinci Çeçen müharibəsi necə başa çatdı, xatırlayırsınız.

Ümumiyyətlə, Rusiyanın bəxti gətirib ki, onun rəqibi Ukrayna olub, məsələn, Azərbaycan yox. Mən hələ Türkiyə kimi əsl titanları demirəm”./Axar.az

  • о нападении на Украину
    Fevral 26, 2022 - 03:56

    Нелегитимный диктатор напал на Украину! Военнослужащие РФ имеют полное право не выполнять приказы своего выжившего из ума и полностью нелегитимного, обнулённого диктатора. Потому что все выборы за последние 15 лет в РФ были сфальсифицированы. В том числе были сфальсифицированы выборы президента 2018 года и выборы Госдумы 2021 года. О масштабах вбросов можно судить не только по роликам Youtube (введите, например, «выборы 2018 в России вбросы» или «выборы 2021 вбросы»), а также по множеству других признаков. В марте 2018 года на сайте радио «Свобода» вышла статья, где говорится что за Путина было вброшено 10 миллионов (!) бюллетеней. Если учесть ещё и абсолютно неравные, несправедливые условия, в которые в России ставятся оппозиционные силы (и наоборот — создаются полностью тепличные условия для победы Путина и его партии Единая Россия), проводятся внесудебные расправы над реальными конкурентами Путина (Немцов — как наиболее яркий пример), то становится очевидным — нынешняя власть в РФ — это шулеры, мошенники, которые узурпировали власть и удерживают её незаконными методами. Путин — нелегитимен. Путин — никакой не президент, а узурпатор. Он — такой же как Мадуро в Венесуэле, или Лукашенко. Выполнять его приказы — это соучастие в военном преступлении. Нюрнберг не за горами. А тем, кто одумается, будет в своё время что рассказать детям и внукам — не стал на сторону бандита и узурпатора. Такими людьми будут гордиться.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*