Yeni il gecəsi iki minik avtomobili yandıbackend

Yeni il gecəsi iki minik avtomobili yandı

Xaçmaz rayonunda gecə saatlarında avtomobillər yanıb.

KONKRET.az xəbər verir ki, hadisə Xaçmaz-Niyazoba yolunun Qaraqurtlu kəndindən keçən hissəsində baş verib.

Hadisə nəticəsində Saleh Sabir oğlu Hacıyevə məxsus “VAZ-2107” markalı, “27-BG-517” dövlət qeydiyyat nişanlı minik avtomobilinin salonu və yaxınlıqdakı sahibi məlum olmayan “VAZ-21011” markalı, “44-BD-895” dövlət qeydiyyat nişanlı minik avtomobili tamamilə yanıb.

Hadisə yerinə iki yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib. “VAZ-2107” markalı, “27-BG-517” dövlət qeydiyyat nişanli minik avtomobilinin qalan hissələri yanğından mühafizə olunub.

Yanğın nəticəsində ölən və xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.(report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*