Yeni ölümcül virus SÜRƏTLƏ YAYILIR: Qan dövranında, ürəkdə və beyində infeksiya yaradırbackend

Yeni ölümcül virus SÜRƏTLƏ YAYILIR: Qan dövranında, ürəkdə və beyində infeksiya yaradır

ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) agentliyi dərmana davamlı “Candida Auris” adlı göbələk xəstəliyinin səhiyyə müəssisələrində yayıldığı barədə xəbərdarlıq edib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, agentlik yoluxmuş insanların təxminən 30% -dən 60% -ə qədərinin öldüyünü açıqlayıb. Lakin bu statistik rəqəmlərin məhdud sayda xəstələrin məlumatlarına əsaslandığını diqqətə çatdırıb. 2022-ci ildə yoluxmaların sayında ciddi artım olduğuna diqqət çəkən “CDC”, sağlamlıq mərkəzlərində ümumi infeksiyaya qarşı nəzarət təcrübələrinin zəif olması səbəbindən xəstəliyin sürətlə yayıldığını açıqlayıb.

<p><strong>SAĞLIĞI KÖTÜ KİŞİLER İÇİN RİSK</strong></p>

<p>2022 yılında da vaka sayılarında ciddi artış yaşandığına dikkat çeken CDC, sağlık merkezlerindeki zayıf genel enfeksiyon önleme kontrol uygulamalarının hastalığın yayılmasına sebebiyet verdiğini ifade etti. CDC, 2021 yılında yayılmanın giderek kötüleşmesiyle ilgili “Bu artışın zamanlaması ve halk sağlığı araştırmalarından elde edilen bulgular, COVID-19 salgını sırasında sağlık ve halk sağlığı sistemleri üzerindeki baskı nedeniyle C. auris yayılımının kötüleşmiş olabileceğini düşündürmektedir” denildi.</p>

Qeyd edək ki, ABŞ-da göbələk xəstəliyi ilə bağlı xəbərdarlığın məşhur “The Last Of Us” serialı ilə bağlı olduğu haqda fikirlər dolaşır.. Belə ki, “The Last of Us” qaçaqmalçı Coel və 14 yaşlı Ellinin bütün bəşəriyyəti məhv edən epidemiyada sağ qalmaq üçün apardığı mübarizədən bəhs edir. “The Last of Us” filmində söhbət xalq arasında “zombi göbələkləri” kimi tanınan əsl parazitlər qrupundan gedir.

Həkimlərin sözlərinə görə, “Cauris” kimi də tanınan “Candida auris” qan dövranında, ürəkdə və beyində ölümcül infeksiyalara səbəb ola bilər. Mütəxəssislər ölümcül potensialına baxmayaraq, xəstəxanalarda müvafiq dezinfeksiyaedici tədbirlər görməklə “Candida” virusunun yayılmasının qarşısının alına biləcəyini açıqlayırlar. Xəstəlik təmas yolu ilə yayıldığı üçün mümkün bir epidemiyaya qarşı güclü infeksiya nəzarət planına ehtiyac olduğunu vurğulayırlar.

“Vanderbilt” Universitetinin yoluxucu xəstəliklər kafedrasının professoru William Schaffnerin sözlərinə görə, göbələklər xəstəxanaya daxil olduqda onları idarə etmək və təmizləmək olduqca çətinləşir.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*