“Noyabrın 10-da razılaşma imzalandı. Artıq buna qədər Nikol Paşinyan ATƏT-in Minsk Qrupu daxilində danışıqlar prosesini pozmuşdu. Minsk Qrupunun 30 illik işinə rişxənd edən Paşinyan özü də bilmədən Türkiyənin danışıqlar prosesində aktivləşməsinə və müdaxiləsinə yol açdı”.
KONKRET.az xəbər verir ki, bu fikirləri Ermənistan İqtisadiyyat Vəqfinin qurucusu Yervand Bozoyan səsləndirib. Bozoyan daha sonra deyib ki, “Sülhməramlıların varlığı Artsaxın qalan hissəsini (Dağlıq Qarabağ -red) xilas edə bilməyimiz üçün yeganə çıxış yoludur. Bunu Ermənistanda yaxşı başa düşürlər. Buna görə də bugünkü mitinq Rusiya sülhməramlılarına, Putinə qarşı deyil, Paşinyana qarşıdır. Artsaxdakı mövcud vəziyyətin alternativi yoxdur. Ermənistanda hakimiyyət dəyişikliyi olarsa, Qarabağdakı vəziyyətə bəzi düzəlişlər ediləcəyi istisna deyil. Lakin biz ciddi bir dəyişiklik gözləmirik. Mövcud vəziyyət məğlubiyyətimizin nəticəsidir və Rusiyanın müdaxiləsi olmasa, müharibənin nəticəsi daha acınacaqlı ola bilərdi ”.
Surxay Atakişiyev,
KONKRET.az