Tallin və Bütün Estoniya mitropoliti Yevgeni Reşetnikov fevralın 6-dək ölkəni tərk etməlidir.
KONKRET.az xəbər verir ki, səlahiyyətlilər milli təhlükəsizlik təhlükəsi səbəbindən onun yaşayış icazəsini yeniləməkdən imtina ediblər.
Estoniya Sərhəd Mühafizə İdarəsinin Şimal prefekturasının rəhbəri İndrek Aru bildirib ki, dövlət yaşayış icazəsinin müddətini uzatmaqdan imtina edib: “Çünki Reşetnikov açıq çıxışlarında və hərəkətlərində təcavüzkarı dəstəkləyir. Dəfələrlə ona xəbərdarlıq edilsə də, davranışını dəyişməyib”.
Vəli Həsənov,
KONKRET.az
