Yevlax görüşündə diqqətçəkən detal – Masa niyə ovaldır?backend

Yevlax görüşündə diqqətçəkən detal - Masa niyə ovaldır?

Xəbər verdiyimiz kimi, lokal xarakterli antiterror tədbirləri nəticəsində ağ bayraq qaldıraraq təslim olan və danışıqlara razılaşan Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Yevlax görüşü artıq başlayıb. Görüşdə əsas diqqətçəkən məqam müzakirənin oval masada aparılmasıdır.

KONKRET.az xəbər verir ki, siyasi şərhçi Asif Nərimanlı hesab edir ki, bunun 2 əsas səbəbi var:

“Birinci səbəb ermənilərin masada vizual “tərəf” kimi görünməsinə imkan verməmək, ikincisi isə həm də onları aşağılamadan daha effektiv müzakirə aparmaq, onların timsalında erməni əhalisinə Azərbaycanın bərabərhüquqlu vətəndaşı kimi yaşaya biləcəkləri mesajını verməkdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*