Yol qəzası nəticəsində idarə əməkdaşları xəsarət aldıbackend

Yol qəzası nəticəsində idarə əməkdaşları xəsarət aldı

Şahbuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, qəzada 6 nəfər xəsarət alıb. Onlar Şahbuz rayonu Enerji Təchizatı və Satışı İdarəsinin işçiləri olub.

Qəza zamanı Şahbuz şəhər sakinləri – 1975-ci il təvəllüdlü Əliyev Həbib Seyfulla oğlu, 1976-cı il təvəllüdlü İbrahimov Səbuhi Əmrəli oğlu, Şahbuz rayonu Kolanı kənd sakini 1982-ci il təvəllüdlü Nəsirov Arzuman İsa oğlu, Şahbuz rayon Külüs kənd sakini 1994-cü il təvəllüdlü Quliyev Nadir Abbas oğlu, Şahbuz rayon Keçili kənd sakinləri – 1975-ci il təvəllüdlü Eyvazov Ələddin Ələm oğlu və 1994-cü il təvəllüdlü Firudinlu Nurulla Nurəddin oğlu xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*