YouTube Semyon Pegovun Wargonzo kanalını SİLDİ – FOTObackend

YouTube Semyon Pegovun Wargonzo kanalını SİLDİ - FOTO

YouTube Semyon Pegovun Wargonzo kanalını silib.

KONKRET.az xəbər verir ki, “YouTube” videohostinqi “Varqonzo” layihəsinin müəllifi rusiyalı jurnalist Semyon Peqovun kanalını bloklayıb. Bu barədə Peqov özü teleqram kanalında məlumat verib.

44 günlük müharibə zamanı Ermənistan Müdafiə Nazirliyinin keçmiş mətbuat katibi Arçrun Ovannisyanla birlikdə dezinformasiya yayan erməni təbliğatının tanınmış əlaltısı, psevdo-jurnalist Peqov bildirib ki, onun Wargonzo YouTube kanalı tamamilə silinib.

Buna səbəb telekanalın Ukraynadakı müharibəni işıqlandırarkən hostinq qaydalarını pozması olub.

Qeyd edək ki, “Varqonzo” layihəsini erməni əsilli rus media maqnatı Aram Qabrielyan maliyyələşdirir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*