backend

"YouTube" Zelenskini parodiya edən blogerin kanalını blokladı

“YouTube” Ukrayna prezidenti Volodimir Zelenskinin parodiyaları ilə tanınan bloger Maks Komikadzenin kanalını bloklayıb.

KONKRET.az xəbər verir ki, bu barədə bloqqer öz Telegram kanalında məlumat verib.

“Pis xəbər – Demokratik YouTube icma qaydalarını pozduğuna görə kanalımı sildi. Gördüyünüz kimi, başqa səbəbləri izah etmədilər ” – deyə bloger video hostinq administrasiyasının məktubu ilə ekran görüntüsünü paylaşıb.

Bloger də öz növbəsində YouTube-u siyasi motivli olmaqda ittiham edib. O, həmçinin bildirib ki, Amerika video hostinqi öz səlahiyyətlərindən “fikir və yaradıcılığı ayrı-seçkilik etmək” üçün istifadə edir. Bloger videolarını çəkməyə davam edəcək, lakin indi onları Rusiyanın video hostinq saytlarında yayımlayacaq.

Maks Komikadze rusiyalı bloger, parodist və komediyaçıdır. O, 2022-ci ilin iyulunda Çeçenistan rəhbəri Ramzan Kadırovun nəzarəti altında Zelenski qiyafəsində Ukraynanın təslim aktını imzaladığı videonun dərcindən sonra şöhrət qazanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*