Məşhur “Evdə tək-2: Nyu-Yorkda azmış” filmindəki “göyərçinli xanım” obrazı ilə milyonların sevgisini qazanan irlandiyalı aktrisa Brenda Friker 81 yaşında dünyasını dəyişib.
KONKRET.az xəbər verir ki, aktrisa dünya kinosuna təkcə bu populyar obrazı ilə deyil, həm də yüksək peşəkarlığı ilə imza atıb.
Brenda Frikerin karyerasındakı ən böyük uğuru isə 1989-cu ildə çəkilən “Mənim sol ayağım” (“My Left Foot”) dramı olub. Bu filmdəki ifasına görə o, “Oskar” mükafatına layiq görülüb və bununla da mükafatı qazanan ilk irlandiyalı aktrisa kimi tarixə düşüb.
Onun ölümü dünya kinosunda bir dövrün sonu kimi qiymətləndirilir.
Natiq Səlim,
KONKRET.az
