Yunanıstan müxalifətinin lideri Aleksis Çipras Egey dənizindəki Simi adasına səfəri zamanı Türkiyəyə dostluq və dialoq mesajı verib.
KONKRET.az xəbər verir ki, jurnalistlərə müsahibə verən Çipras Yunanıstan xalqının suveren hüquqlarının müdafiəsində həmrəy olduğunu bildirib.
Çipras “Xüsusilə Egeyin hər iki tərəfində sabitlik və sülhə çox ehtiyac duyulduğu bir vaxtda müharibəyə təhrik üçün heç bir səbəb yoxdur”, – deyə bildirib.
Yunanıstanın keçmiş baş naziri qeyd edib ki, iki xalq arasında həll olunmayan bir problem yoxdur.
“Qonşu ölkənin hər zaman dialoq və sülh tərəfdarı olan demokratik vətəndaş qüvvələrinə müraciət edirəm. Bu səylər davam etdirilməlidir. Gərginlik heç bir tərəfin xeyrinə deyil”, – Çipras deyib.
Rəsmiyyə Şərifova,
KONKRET.az
