backend

Yunanıstan Türkiyə ilə dialoqu gələcək nəsillərə saxlayır

“Türkiyə ilə münasibətlərdə gərginliyi azaldacaq, dialoq, diplomatiya və demokratiyaya yol açacaq şərait yaratmaq gələcək nəsillərə qaldı”.

KONKRET.az xəbər verir ki, bu barədə Yunanıstanın xarici işlər naziri Yorgos Yerapetritis bəyanatında vurğulayıb.

Yunanıstanın paytaxtı Afinada “Geosiyasi müharibə: davamlı sülh üçün ilkin şərtlər nədir?” başlıqlı paneldəki çıxışında o, xarici siyasətlə bağlı dəyərləndirmə aparıb.

Dünya gündəmini zəbt edən problemlərin bəzilərinin artıq regional deyil, sərhədlərarası olduğunu bildirən Yerapetritis buna misal olaraq iqlim böhranı və COVID-19 epidemiyasını göstərib.

Yerapetritis ümumilikdə dünyanı təsir edən problemlərə diqqət çəkərək ölkələrin xarici siyasətlərinin də buna uyğun olaraq dəyişdiyini bildiri:

“Türkiyə ilə dialoq Yunanıstan üçün taleyüklü məsələdir. Çünki hər məsələdə Türkiyə ilə razılaşmayacağıq və bunu çox yaxşı bilirik. Biz sadəlövh deyilik. Gələcək nəsillər qarşısında borcumuzu azaldacaq şərait yaratmaqdır. Gərginliyi aradan qaldırmaq, dialoqa, diplomatiyaya və demokratiyaya yol açmaq üçün şişirdilmiş iddialara qapılmadan, addım-addım getməliyik”

Yerapetritis xarici siyasətdə bu xəttin vətənpərvərlik vəzifəsi olduğunu bildirib: “Çünki Egeydə bir qəza olarsa, vəziyyəti düzəltmək üçün VAR (Video Assistant Referee) sistemi olmayacaq. Qəzanı düzəltmək mümkün deyil. Bunun isə fəlakətli nəticələri ola bilər və bu, bizim istəmədiyimiz bir şeydir”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*