Yunanıstanda qatarlar toqquşdu: 29 nəfər öldü – VİDEObackend

Yunanıstanda qatarlar toqquşdu: 29 nəfər öldü - VİDEO

Yunanıstanın Larisa şəhəri yaxınlığında sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində 29 nəfər ölüb, 85 nəfər xəsarət alıb.

KONKRET.az xəbər verir ki, bu barədə “ERT NEWS” kanalına yanğınsöndürmə xidmətinin rəsmisi Vasilis Vatrakoyannis bildirib.

Onun sözlərinə görə, hadisə yerinə 150 ​​yanğınsöndürən, 40 təcili tibbi yardım maşını və 32 polis əməkdaşı cəlb olunub.

Tibbi yardıma ehtiyacı olmayan 270 sərnişin faciə yerindən təxliyə edilərək avtobusla Salonikiyə göndərilib.

Qeyd olunub ki, toqquşma zamanı qatarda 350-yə yaxın sərnişin olub.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*