Yunanlar TƏŞVİŞDƏ: Türk “PUA”ları Kipr üzərində uçsa, 200 min kvadrat kilometrə nəzarət edə biləcək”backend

Yunanlar TƏŞVİŞDƏ: Türk “PUA”ları Kipr üzərində uçsa, 200 min kvadrat kilometrə nəzarət edə biləcək”

Şimali Kipr Türk Cümhuriyyətinin “Geçitkale” hava limanında “PUA bazası” qurmağa hazırlaşan Türkiyə Yunanıstanı sözün əsl mənasında təşvişə salmağı bacarıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Yunan mətbuatı bölgədə “PUA”ların yerləşdiriləcəyi təqdirdə Türkiyənin “metal qəfəs” yaradacağını yazıb.

Dünyanın ən böyük pilotsuz təyyarə istehsalçısı olan Türkiyənin atdığı bu addım  yunanların “Geçitkale qorxusunu” gündəmə gətirib. Yunanıstan tərəfi Türk “PUA”larının “metal qəfəs” yaradacağını və Şərqi Aralıq dənizində 200 min kvadrat kilometrlik əraziyə nəzarət edə biləcəyini diqqətə çatdırıb.

Qeyd edək ki, Şimali Kipr Türk Cümhuriyyətinin ərazisində yerləşdiriləcək bu “PUA”lar Yunan hücumlarını tez bir zamanda dəf edəcək. Məlumata görə, mümkün hücum cəhdi olarsa, o zaman sözügedən Pilotsuz Uçuş Aparatları “Geçitkale”dən cəmi 3 dəqiqə ərzində lazım olan əraziyə gələ biləcək. Yəni, bu məqam həm də mümkün hücuma tez müdaxilə etmək imkanı verir.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*