Zakir Fərəcov gözlənilmədən şəhər məktəblərində olubbackend

Zakir Fərəcov gözlənilmədən şəhər məktəblərində olub

Bu gün Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov gözlənilmədən şəhər məktəblərinə baş çəkib.

KONKRET.az xəbər verir ki, Nizami Gəncəvi adına Texniki və Təbiət Elmləri Liseyində (TTEL) olan başçı məktəblilərlə qeyri-rəsmi görüş keçirib. Məktəbin yuxarı sinif şagirdləri üçün gözlənilməz olan görüşdə Zakir Fərəcov onları maraqlandıran məsələlərlə bağlı fikir mübadiləsi aparıb. Şagirdlər şəhərin infrastrukturu, problemləri və qayğıları ilə bağlı başçıya öz fikirlərini bildiriblər. Z.Fərəcov qeyd edib ki, bu cür qeyri-rəsmi görüşlərdə Sumqayıtın problemləri ilə daha yaxından maraqlanmaq imkanı qazanır və həmin görüşlərdə aldığı təkliflər şəhərin infrastrukturunun təkmilləşdirilməsində nəzərə alınır.

Başçının sözlərinə görə, ötən il istifadəyə verilən Nizami kinoteatrı məhz gənclərin təklifləri əsasında reallaşdırılıb.

Qeyd edək ki, Şəhər İcra Hakimiyyətinin rəhbərinin bu cür görüşləri artıq mütamadi hal alıb.

KONKRET.az-ın əldə etdiyi məlumatlara görə, hətta məktəb direktorları da onun gəlişi barədə məlumatsız olurlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*