“Azərbaycan Ordusu” qəzetinin baş redaktoru polkovnik-leytenant İlham Behbudov vəzifəsindən azad olunub.
KONKRET.az report-a istinadən xəbər verir ki, bununla bağlı müdafiə naziri general-polkovnik Zakir Həsənov əmr imzalayıb.
Əmrə əsasən, İ.Behbudov işdən çıxarılmaqla yanaşı, yaş həddinə görə Silahlı Qüvvələr sıralarından da ehtiyata buraxılıb.
Hələlik “Azərbaycan Ordusu” qəzetinə yeni baş redaktor təyin edilməyib. Bu vəzifənin icrası müvəqqəti olaraq kapitan Məhəmməd Nəsirliyə həvalə olunub.
Müdafiə Nazirliyindən “Report”a bildirilib ki, “Azərbaycan Ordusu” qəzetinin baş redaktoru vəzifəsində xidmət edən polkovnik-leytenant İlham Behbudov müdafiə nazirinin müvafiq əmrinə əsasən, 2021-ci il fevralın 12-dən həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə görə ehtiyata buraxılıb.
Hazırda qəzetə rəhbərlik baş redaktorun müavini vəzifəsinə təyin olunan kapitan Məhəmməd Nəsirliyə həvalə edilib.

Şikayətim https://konkret.az/zakir-hesenov-polkovnik-leytenanti-isden-cixardi/ bu xəbər başlığını bucür yazan işçinizədir! Müdafiə Nazirliyinin Mətbuat Xidməti bu faktı təsdiqləməyib. Bu məlumatı hardan əldə etmisiniz ? Sabahsı gün araşdırma aparılanda bu faktı təsdiq edə biləcəksinizmi ?
Xəbəri düzgün yerləşdirmək istəyirsəniz bucür yerləşdirin.
https://report.az/herbi-xeberler/zakir-hesenov-polkovnik-leytenanti-isden-cixarib/ Report.az öz üzrxahlığını edib xəbər başlığını yenilədi. Tələb olunur ki, istinad etdiyiniz mənbəyə əsaslanaraq siz də öz düzəlişinizi edəsiniz
https://konkret.az/azerbaycan-ordusu-qezetinin-bas-redaktoru-ehtiyata-buraxilib/