backend

Zakir Qaralov Nərminin qətlindən danışdı

Baş Prokurorluqda əməliyyat müşavəsi keçirilib.

KONKRET.az xəbər verir ki, çıxış edən Baş prokuror Zakir Qaralov bildirib ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini azyaşlı Nərmin Quliyevanın qəsdən öldürülməsi faktı dövlət başçısının xüsusi nəzarətindədir:

“İctimaiyyəti narahat edən bu faktla bağlı başlanmış cinayət işi üzrə istintaq Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə həyata keçirilir”.

Z.Qaralov intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirlərinin gücləndirilərək qısa vaxt ərzində cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyənləşdirilməklə məsuliyyətə cəlb edilmələri ilə bağlı tapşırıqlar verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*