Zatulin: “Rusiya bu səbəbdən Laçın dəhlizinə görə Azərbaycana güc tətbiq etmir”backend

Zatulin: "Rusiya bu səbəbdən Laçın dəhlizinə görə Azərbaycana güc tətbiq etmir"

Zatulin Rusiyanın Laçın dəhlizinin “blokada”sına görə niyə güc tətbiq etmədiyini özünəməxsus şəkildə izah edib.

KONKRET.az xəbər verir ki, Rusiyanın “Krasnaya vesna” qəzeti Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulinin martın 21-də  “News.am” agentliyinə verdiyi müsahibəsini dərc edib.

O bildirib ki, “Rusiya kədərli nəticələrin qarşısını almaq üçün Laçın dəhlizinə görə güc tətbiq etmir”.

“Rusiya Laçın dəhlizinin “blok”unu açmaq üçün güc tətbiq etmir, çünki belə bir əmr vermək asandır. Lakin bunun nəticəsi acınacaqlı olacaq”, – deyə Zatulin bildirib.

O izah edib ki, Rusiya üçtərəfli bəyanatın razılaşmalarına riayət olunmasına nail olmaq və Rusiya sülhməramlılarının vəziyyətə nəzarət etmək səlahiyyətlərini təsdiqləmək istəyir. Ona görə də ehtiyatlı davranır. Lakin Zatulinin çərənləmələrinə görə, Azərbaycan bunun “qarşısını alır”.

“Aydındır ki, Azərbaycan nəzarəti öz üzərinə götürmək istəyir. Bu yolla o, öz məqsəd və istəklərinin həyata keçirilməsində daha da irəliləmək istəyir. Onun niyyəti tamamilə göz qabağındadır”, – deyə Zatulin sərsəmləyib.

O bildirib ki, “Azərbaycanın məqsədi hansısa yolla ermənilərin Qarabağdan çıxarılmasına nail olmaqdır”.

“Yəni Qarabağın tanınmamış dövlət quruluşu kimi mövcudluğunun dayandırmasını və belə şəraitdə erməni əhalisinin ərazini tərk etməsini təmin etməkdir”, – deyə o, çərənləyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*