Zatulindən Rusiya ilə Azərbaycan sazişinə qarşı TƏXRİBATÇI BƏYANAT – FOTO/VİDEObackend

Zatulindən Rusiya ilə Azərbaycan sazişinə qarşı TƏXRİBATÇI BƏYANAT - FOTO/VİDEO

Zatulin təxribat xarakterli bəyanatlar üçün rəsmi mövqeyindən istifadə etmək qərarına gəlib.

KONKRET.az xəbər verir ki, Rusiya Federasiyası Dövlət Dumasının deputatı Konstantin Zatulin separatçıları saxta bayram münasibətilə təbrik edib.

“Ötən illərdə öz şərəf və ləyaqətini müdafiə etmək üçün silaha sarılan insanların öz müqəddəratını təyin etmək hüququ var. Allahdan diləyirəm ki, hamı bunu başa düşsün və “Dağlıq Qarabağ” xalqına hörmətlə yanaşsın”, – deyə Zatulin yazıb.

Zatulin “təbrik”i ilə hər iki tərəfi qəsdən təxribata çəkir və növbəti dəfə açıq şəkildə öz ölkəsinin rəsmi mövqeyinə qarşı çıxır.

Rusiyalı deputatın bu cür davranışı Rusiya ilə Azərbaycan arasında fevralın 22-də imzalanmış Müttəfiq sazişinin kontekstinə uyğun gəlmir.

Ümid edirik ki, Azərbaycan Xarici İşlər Nazirliyi, xüsusən də Rusiya Dövlət Dumasının özü bu təxribatçıya qarşı tədbir görəcək.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*