İrəvanın hazırkı kursu Rusiyanın maraqlarına qarşı konkret hərəkətlərə gətirib çıxarır.
KONKRET.az RIA Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
O bu sıraya ABŞ dövlət katibi Marko Rubionun Ermənistana səfərini daxil edib:
“Bu, rəsmi İrəvanın Qərb ölkələri ilə əməkdaşlığı artırmaq üçün atdığı konkret addımların sadəcə bir nümunəsidir. Amma praktikada bu addımlar Rusiyanın maraqlarına qarşı konkret hərəkətlərə gətirib çıxarır”.
