Zəfər Günündə şəxsi heyətin yürüşü olacaqbackend

Zəfər Günündə şəxsi heyətin yürüşü olacaq

8 Noyabr – Zəfər Günü münasibətilə səhər saat 08:00-dan günorta saat 13:00-a qədər paytaxtın müxtəlif küçə və prospektlərində marşrut üzrə hərbi orkestrin müşayiəti ilə şəxsi heyətin yürüşü nəzərdə tutulur.

Bu barədə KONKRET.az-a Bakı şəhər Baş Polis İdarəsinin Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli məlumat verib.

O bildirib ki, tədbirlərlə əlaqədar müəyyən marşrutlar nəzərdə tutulub:

“Birinci marşrut – Heydər Əliyev sarayı, Bülbül prospekti, Nizami Kino Mərkəzi, Neftçilər prospekti, Azadlıq meydanı,

İkinci marşrut – Şəhidlər xiyabanı, Alov Qüllələri kompleksi, İçərişəhər metrostansiyası, İstiqlaliyyət küçəsi, Azneft dairəsi, Bəhram Gurun abidəsi,

Üçüncü marşrut – Hüseyn Cavid parkı, Hüseyn Cavid prospekti, Parlament prospekti, Şəhidlər xiyabanı istiqamətində olacaq”.

A.Əsgərli hərəkət iştirakçılarına müraciət edərək bildirir ki, yollar qeyd edilən saatlarda bağlı olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*