Zəfər Partiyası seçkidə kimi dəstəkləyəcəyini AÇIQLADIbackend

Zəfər Partiyası seçkidə kimi dəstəkləyəcəyini AÇIQLADI

Türkiyədə “ATA İttifaqı”na daxil olan partiyalardan biri – Zəfər Partiyasının sədri Ümit Özdağla Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri və “Millət İttifaqı”nın prezidentliyə namizədi Kamal Kılıçdaroğlu arasında görüş baş tutub. 

KONKRET.az Türkiyə mediasına istinadən xəbər verir ki, Zəfər Partiyasının qərargahında baş tutan 1 saatlıq görüşdən sonra tərəflər birgə mətbuat konfransı keçirib. Özdağ mətbuat konfransı zamanı mayın 28-i baş tutacaq prezident seçkilərinin ikinci turunda Kılıçdaroğlunu dəstəkləyəcəklərini elan edib.

Həmçinin CHP ilə Zəfər Partiyası arasında protokol imzalanıb.

Protokola əsasən, ölkə Konstitusiyasının ilk dörd maddəsi və Türkiyə vətəndaşlığının tərif və məzmunun yer aldığı 66-cı maddəsi qorunacaq. 1924-cü ildə müəyyən edilən milli-unitar dövlət forması dəyişdirilməyəcək, başda suriyalılar olmaqla bütün qaçqınlar bir ildən gec olmayaraq ölkələrinə geri göndəriləcək, FETÖ, PKK və İŞİD kimi terror qruplaşmalarına qarşı mübarizə gücləndiriləcək.

Qeyd edək ki, ilk turda Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan 49,52 faiz, müxalifət lideri Kılıçdaroğlu  isə 44,88 faiz səs toplayıb.

5,17% səs toplayan “Ata İttifaqı” siyasi blokunun namizədi Sinan Oğan isə ikinci turda R.T.Ərdoğanı dəstəkləyəcəyini açıqlayıb.//Qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*