Zəhraya qandonduran MƏKTUB…backend

Zəhraya qandonduran MƏKTUB...

Necə öyrəşdin körpə bədəninlə o soyuq məzara? Biz yatmalı məzarda, sən bizi əvəz etdin. Şəhid xəbərini eşidəndə qəzəb, hiddət boğdu: “Vuracam, yıxacam, niyə başlamırlar müharibəni?! Əmr versinlər, gedək canlarını alaq şərəfsizlərin!”.

Lakin hər zaman olduğu kimi həmin vaxt da əmr gəlmədi. Yenə beynəlxalq dairələrə fərqli dillərdə məlumat hazırlayıb, göndərdilər. O dairələrində çoxda vecinə ki, Azərbaycanda 17 aylıq körpə şəhid edilib. Axı, bu onlar üçün adi haldır… Hər gün Suriya və İraqda neçəsi terrorun qurbanı olur. Nə edirlər ki?

Şəhid xəbərini eşidəndə və şəklini görəndə ilk sualım “Sənin kimi bir mələyə necə qıyıla bilər axı?! Düşmən də olsan, 17 aylıq körpəyə niyə güc göstərəsən ki?!” sözləri oldu. Şəkillərin, videoların, haqqında yazılar… Hər şey öz axarıyla davam etdi. Bir müddət sonra səni unutdular, başladılar ildə bir dəfə hər zamanki, adətləri üzrə yada salmağa. Deyirəm yaxşı ki, bu sosial şəbəkələr var, ən azından palaza bürünüb, elnən sürünə bilirik…

Gül bağçasında oynamalı yaşında qana boyandın. Bəlkə də qanla, ağrı, acı hissi ilə ilk tanışlığın elə o gün oldu. Ana nəvazişinə, ata qayğısına ən çox ehtiyac duyduğun gündə…

Sənin arzuların səndə, bizim də qisasımız bizdə yarımçıq qaldı. O qədər səriştəsizik ki, əlimizdən bir qisas almaq belə gəlmir… Axı biz söz qəhrəmanıyıq.

Bəlkə də deyirsən ki, “Sizin bu halınıza artıq öyrəşmişəm. Hər il bu gün qisasımı alırsınız. Sadəcə bu gün, amma o qisas monitordan o tərəfə keçmirki, keçmir”.

Bəlkə bir gün qarşılaşdıq, həmin gün arzum odur ki, qardaşın yanına üzü qara gəlməsin. Biz səni unutmuruq, sadəcə qeyrətimiz əl vermir hər gün dilimizə gətirək və almadığımız qisasın vərdişinə çevrilək, sən bizi tanımasan belə, biz səni ədalətin, vicdanın, insanlığın sənin o körpə, çarəsiz bədəninlə birlikdə dəfn edildiyi gündən tanıyırıq. İndi bir məsələ qalır ki, bu 3 ildə sən bizi necə tanıdın?…

“Bağışla bizi” deməyə üzüm gəlmir. Onsuz sən bağışlasan da Qarabağda, erməni əsirliyində 30 ildir Vazgenin ayağını yuyan, Qurqenin köləsinə çevrilən, zorlanmaqdan nə halı, nə amanı qalmayan, arzusu arzu olaraq qalıb bütün hissləri, duyğuları ümidləri ilə birgə ölən neçə-neçə qız-gəlinimiz bağışlamayacaq.

Ruhun şad olsun da deyə bilməyəcəm, çünki aldığın yaraların ağrısı əminəm ki, hələ də keçməyib… #3il

Fəqan Muxtar,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*