Zelenski: “Almaniya nasist keçmişinə görə Ukraynaya silah vermir”backend

Zelenski: "Almaniya nasist keçmişinə görə Ukraynaya silah vermir"

“Almaniyanın nasist keçmişinə görə Ukraynaya silah tədarük etməsinə mane olan müəyyən psixoloji maneələri var”.

KONKRET.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Reuters”ə müsahibəsində deyib.

Onun sözlərinə görə, Ukrayna əks-hücum əməliyyatına başlamasaydı, ölkəsinə silah tədarükü azalacaqdı:

“Düşünürəm ki, bu, bəzi ölkələrin qərarlarına təsir edəcək çox mühüm addımdır”.

Qeyd edək ki, Volodimir Zelenski ölkəsinə silah tədarükündə gecikmələrə görə Almaniya hakimiyyətini dəfələrlə tənqid edib. Almaniya kansleri Olaf Şolts isə bunun doğru olmadığını bildirib. Onun sözlərinə görə, Almaniya Ukraynaya lazım olan qədər silah verəcək.

Xatırladaq ki, avqustun 26-da Almaniya kansleri Ukraynaya Rusiya ərazisinə zərbələr endirmək üçün istifadə edilə bilən silahları verməkdən imtina edib. Sentyabrın 16-da isə Ukrayna xarici işlər naziri Dmitri Kuleba ölkəsinə lazım olan Alman “Leopard” və “Marder” tanklarının çatdırılmadığını bildirib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*