Ukrayna Prezidenti Vladimir Zelenski ölkənin ali hərbi rəhbərliyi ilə intensiv danışıqlar keçirir.
KONKRET.az xəbər verir ki, Ukrayna prezidentinin iyulun 19 və 20-də Baş Qərargah rəisinin müavini Vladimir Qorbatyukla iki dəfə görüşdüyü qeyd edilir. Həmçinin bildirilir ki, o, Birləşmiş Qüvvələrin komandanı Mixail Drapatı, 3-cü Ordu Korpusunun komandiri Andrey Biletski və Desant-Hücum Qoşunlarının komandanı Oleq Apostol ilə də görüşlər keçirib.
Ukrayna mediası vurğulayır ki, bu görüşlər Silahlı Qüvvələrin Baş Komandanı Aleksandr Sırski ilə sabiq müdafiə naziri Mixail Fyodorov arasında ölkədə bir sıra etiraz aksiyalarına səbəb olan münaqişə fonunda baş verir.
Öz növbəsində, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı A.Sırskinin vəzifəsindən kənarlaşdırılması barədə yayılan məlumatları təkzib edib. Baş Qərargahdan verilən açıqlamada deyilir: “İnformasiya məkanında, xüsusən sosial şəbəkələrdə və bəzi mediada yayılan Baş Komandan general Aleksandr Sırskinin vəzifəsindən kənarlaşdırılması barədə xəbərlər həqiqəti əks etdirmir”. Qurum xatırladıb ki, Baş Komandanın və Baş Qərargah rəisinin vəzifədən kənarlaşdırılması yalnız Ukrayna prezidentinin müvafiq fərmanı əsasında həyata keçirilir.
Daha əvvəl “Financial Times” nəşri mənbələrə istinadən Zelenskinin Baş Komandanı vəzifədən kənarlaşdırma ehtimalını nəzərdən keçirdiyini iddia etmişdi.
Natiq Səlim,
KONKRET.az
