“Mən öldürülsəm, Ukrayna hakimiyyətinin artıq planı hazırdır”.
KONKRET.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib. O deyib ki, Ukrayna hakimiyyətinin onun öldürülməsi ilə bağlı planı var.
“Bizim qanunvericiliyə görə, dövləti idarə edəcək kimsə var. Biz hazırlaşmışdıq və bölünmüşdük – mən, baş nazir və parlamentin rəhbəri. Bizim parlament-prezident respublikamız var. Biz başa düşürdük ki, bu və ya digər itki olarsa, biz bu prosesə hazır olmalıyıq. Biz Nazirlər Kabinetini iki hissəyə böldük. Bu, iki dubl oldu ki, ölkə belə nəticələrdən də qorunsun”, – Zelenski deyib.
Ukrayna Prezidenti onun öldürüləcəyi təqdirdə hakimiyyətin nə edəcəyini açıqlamayıb, lakin belə bir təhlükənin mövcud olduğunu qeyd edib.
Xuraman Etibarlı,
KONKRET.az
