Zelenski Odessa vilayətinə getdi – FOTObackend

Zelenski Odessa vilayətinə getdi - FOTO

Ukrayna Prezidenti Volodimir Zelenski Nikolayev vilayətinə səfər etdikdən sonra Odessa yaxınlığına gedib.

KONKRET.az xəbər verir ki, bu barədə informasiyanı bu gün Ukrayna Prezident Aparatının mətbuat xidməti yayıb.

Mənbə yazır ki, Zelenski Milli Qvardiyanın istehkamına baş çəkib, Daxili İşlər Nazirliyinin bölmələrinin silahlarına və atıcılıq tirinə baxış keçirib, həmçinin Daxili İşlər Nazirliyinin bölmələrinin əməkdaşlarına dövlət mükafatlarını təqdim edib.

Zelenski, həmçinin Odessada aprelin 23-də Rusiyanın raket hücumu nəticəsində üç aylıq körpə də daxil olmaqla 8 nəfərin ölümünə səbəb olan evi “yenidən tikəcəyinə” söz verib.

Roman Göytürk,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*