Zelenski ölümü ilə məşhurlaşan hərbçini təltif etdibackend

Zelenski ölümü ilə məşhurlaşan hərbçini təltif etdi

Ukrayna Prezidenti Volodimir Zelenski “Slava Ukraini” ifadəsinə görə Rusiya ordusu tərəfindən güllələnən məşhur hərbçini təltif edib.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Prezidentin qərarı ilə Aleksandr Matsiyevskiyə “Ukrayna Qəhrəmanı” adı verilib.

Qeyd edək ki, Çerniqov vilayətinin ərazi müdafiəsinin 119-cu əlahiddə briqadasının 163-cü batalyonunun döyüşçüsü olmuş Aleksandr Matsiyevskinin nəşi Rusiya və Ukrayna arasında meyitlərin mübadiləsi çərçivəsində ailəsinə təhvil verilib. Qohumları onun şəxsiyyətini Kiyevdəki morqda müəyyən ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*