Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 19-da Kupyansk istiqamətindəki ön mövqelərə gəlib. O, cəbhənin bu hissəsində Ukraynanı müdafiə edən hərbçiləri mükafatlandırıb.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin saytı məlumat yayıb.
“Ukrayna Prezidenti Volodimir Zelenski Xarkov vilayətinə səfəri zamanı Kupyanskın müdafiəsi üçün döyüş tapşırıqlarını yerinə yetirən knyaz Roman Veliki adına 14-cü əlahiddə mexanikləşdirilmiş briqadanın batalyon-komandanlıq postuna baş çəkib”, – deyə məlumatda bildirilir.
Zelenski burada briqada komandiri polkovnik-leytenant Aleksey Trubnikovun cəbhənin müvafiq hissəsindəki əməliyyat vəziyyəti və müdafiə qüvvələrinin birləşmiş bölmələri ilə qarşılıqlı əlaqəsi barədə məruzəsini dinləyib.
Volodimir Zelenski hərbçilərlə də söhbət edib, Ukraynanın müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasında fərqlənən döyüşçüləri mükafatlandırıb.


