Zelenski və Conson yenidən Kiyevi gəzdi – VİDEObackend

Zelenski və Conson yenidən Kiyevi gəzdi - VİDEO

Xəbər verdiyimiz kimi, Böyük Britaniyanın Baş naziri Boris Conson Ukraynaya səfər edib.

KONKRET.az-ın Ukrayna mediasına istinadən məlumatına görə, səfər zamanı Consonla Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevi gəziblər.

Onlar Mixaylovski meydanı ilə gəzərək, paytaxtdakı Müqəddəs Mixail Qızıl Günbəzli Monastırını ziyarət ediblər.

Bundan əlavə, Zelenski və Conson Ukraynanın həlak olan qəhrəmanlarının xatirəsini yad ediblər.

Onlar Rusiya Ordusunun məhv edilmiş hərbi texnikasının sərgisinə də baxıblar.

Xatırladaq ki, Boris Conson 2 ay əvvəlki səfəri zamanı da Zelenski ilə birlikdə Kiyevi gəzmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*