ABŞ Prezidenti Donald Trampın Ankarada keçiriləcək NATO sammiti çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski və Suriyanın lideri Əhməd əş-Şaraa ilə görüşəcəyi gözlənilir.
KONKRET.az xəbər verir ki, Reuters agentliyinin ABŞ administrasiyasındakı mənbəyə istinadən yaydığı məlumata görə, Tramp Zelenski ilə danışıqlarda Ukraynadakı müharibənin başa çatdırılması imkanlarını müzakirə etməyi planlaşdırır.
Mənbənin sözlərinə görə, bu görüşdən sonra ABŞ prezidentinin münaqişənin mümkün nizamlanması ilə bağlı müzakirələri davam etdirmək məqsədilə Rusiya Prezidenti Vladimir Putinlə əlaqə saxlaması gözlənilir.
Qeyd edək ki, NATO-nun sayca 36-cı sammiti iyulun 7–8-də Ankarada keçiriləcək.
Müşviq Tofiqoğlu
KONKRET.az
